...

Fransa Cənubi Qafqazda nəyəsə nail olmaq istəyirsə, prioriteti Azərbaycan olmalıdır - Baku Network platformasında (FOTO/VİDEO)

Siyasət Materials 28 Noyabr 2023 13:11 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Baku Network platformasında Fransanın Cənubi Qafqazda rolu müzakirə olunub.

Trend xəbər verir ki, Milli Məclisin deputatları Tural Gəncəliyev, Sevil Mikayılova və Fransanın Lagazetteaz.fr onlayn qəzetinin baş redaktoru Jan-Mişel Bryun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini nəzərdən keçiriblər.

Müzakirələrdə həmçinin, potensial sülh sazişinin perspektivlərinə, o cümlədən Fransanın bu diplomatik proseslərdəki roluna xüsusi diqqət yetirilib.

Bryun Fransadakı 800 min nəfərlik erməni diasporunun Avropadakı ən böyük diaspor olduğunu qeyd edib. Fransanın daxili problemlərini vurğulayan baş redaktor bildirib ki, hökumət zəif olanda daxili və xarici düşmənlər axtarır. O, bu kontekstdə Ermənistan-Azərbaycan münaqişəsinin Fransa tərəfindən dini zəmində mübarizə kimi təqdim olunduğunu hesab edir.

Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində yaranan münaqişənin Fransada guya "müsəlman Azərbaycanın xristian Ermənistana hücum etməsi" kimi təqdim olunduğunu və bunun münaqişənin mahiyyətini dəyişdirməyə yönəlmiş manipulyasiya olduğunu qeyd edib.

Bununla əlaqədar olaraq, deputat Sevil Mikayılova beynəlxalq tərəfdaşlara, xüsusən Fransaya problemin mahiyyətinin dini ayrılıq deyil, ərazi iddialarından ibarət olduğunu izah etməyin əhəmiyyətini vurğulayıb.

Müzakirə iştirakçıları həmçinin, Azərbaycan üçün ona qarşı başladılmış informasiya müharibəsi ilə mübarizədə səylərini aktivləşdirməyin olduqca mühüm olduğunu qeyd ediblər. Xüsusən, Qərb ölkələrində Azərbaycan və Ermənistan barədə təsəvvürlərin tamamilə həqiqətə uyğun olmadığı qeyd edilib və bu qərəzli münasibətin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti