Bakı. Trend:
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü dekabrın 5-də Moskvada keçiriləcək.
Trend çərşənbə günü xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə deyib.
"Dekabrın 5-də Moskvada ölkəmizin xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə xəzəryanı dövlətlər olan Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək", - deyə o, qeyd edib.
Zaxarova görüşdə əsas diqqəti Xəzəryanı əməkdaşlığın inkişaf prioritetlərinə yönəltməklə geniş spektrə malik məsələlərin nəzərdən keçiriləcəyini qeyd edib.
Onun sözlərinə görə, görüş 2022-ci ilin iyun ayında Aşqabadda keçirilən VI Xəzər sammitində razılaşdırılmış mandat çərçivəsində nazirliklər səviyyəsində yeni müntəzəm dialoqun başlanğıcını əks etdirir.
(Tərcümə: Rəna Əbdürəhmanova)