...

Ceyhun Bayramov Aİ Prezidentinin xarici siyasət üzrə baş müşaviri ilə görüşüb

Siyasət Materials 11 Dekabr 2023 15:29 (UTC +04:00)
Ceyhun Bayramov Aİ  Prezidentinin xarici siyasət üzrə baş müşaviri ilə görüşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çəçivəsində Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.

Qeyd edilib ki, görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması müzakirə edilib.

Xatırladaq ki,10 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti