...

Azərbaycan və Türkiyə prezidentlərinin uğurlu siyasəti nəticəsində TDT dövlətləri daxilində investisiya və ticarət həcmi daha da artacaq - Cahit Bağcı

Siyasət Materials 13 Dekabr 2023 11:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Türkiyə prezidentlərinin uğurlu siyasəti nəticəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxilində investisiya və ticarət həcmi daha da artacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Kənd Təsərrüfatı və Qida Forumunda çıxışı zamanı deyib.

“MÜSİAD Azərbaycan tərəfindən təşkil edilən Kənd Təsərrüfatı və Qida Forumu Türkiyə və Azərbaycan arasında bu sahədə əməkdaşlığı daha da gücləndirəcək. Türk iş adamlarının burada olması bizim üçün çox vacibdir. Türkiyə və Azərbaycanın olduğu bu regionda təkcə neft-qaz, nəqliyyat və logistika sahələri deyil, eyni zamanda gələcəyin ən vacib sektorlarından olan kənd təsərrüfatı və qida sənayesi də inkişaf etməkdədir. Türkiyə kənd təsərrüfatı sahəsində 21 il ərzində etdiyi mühüm islahatlarla vacib aktora çevrilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Türkiyənin inkişafı üçün Türkiyə kənd təsərrüfatı inkişaf etməlidir”, - deyə o vurğulayıb.

Səfir onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 6-7 milyard dollar həcmindədir, hədəf bu rəqəmi 15 milyard dollara çatdırmaqdır.

“Mən bütün iş adamlarımızı Azərbaycan və Türkiyənin inkişafınına dəstək verməyə dəvət edirəm”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti