Bakı. Trend:
Sülh heç vaxt bu qədər yaxın olmayıb.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək edən addımlar atır, İrəvanla Bakı arasında Sazişin bağlanması mümkündür", - Alen Simonyan jurnalistlərə bildirib.