...

Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə İTTİHAM EDİB

Siyasət Materials 18 Yanvar 2024 13:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib.

Trend xəbər verir ki, Rusiya XİN rəhbəri bu barədə mətbuat konfransında deyib.

“Çox təəssüf edirəm ki, Sünik bölgəsindən Ermənistan üçün belə faydalı marşrutun açılması hələ də kağız üzərində qalır. Mən bunun səbəbini İrəvanın mövqeyində görürəm. İrəvana kimin məsləhət verdiyini bilmirəm. Görünür, onlar bunu tövsiyə edir. Biz gördük ki, Aİ, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi, dərhal bu proseslərə dəvətsiz sızmağa başladılar və spoyler rolunu oynadılar", - o bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, məhz Ermənistan indi üçtərəfli bəyanatda yazıldığı kimi marşrutların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.

"Məhz Ermənistan marşrut boyu təhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni tələblər irəli sürür. Onlar rus sərhədçilərinin orada yerləşdirilməsini istəmirlər. Baxmayaraq ki, bunu birbaşa yazıb və baş nazir Paşinyan imzalayıb", - o deyib.

Qeyd edək ki, Zəngəzur dəhlizinin reallaşdırıması türk dünyasını quru nəqliyyatı vasitəsilə birləşdirməyə imkan verəcək. Bu layihə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərini birləşdirən mühüm arteriyadır.

Azərbaycan bu dəhlizin tezliklə açılması üçün konkret tədbirlər həyata keçirib.

6 oktyabr 2023-cü ildə Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun təməlqoyma mərasimi keçirilib. və tikinti işlərinə başlanılıb. Yaradılan avtomobil və sərhəd-gömrük infrastrukturu ölkələrin ərazisindən tranzit yük daşımaların artmasına xidmət edəcək və Naxçıvan Muxtar Respublikasına giriş-çıxışı asanlaşdıracaq.

2023-cü il dekabr ayına olan məlumata görə, Horadiz-Ağbənd dəmir yolunun (Zəngəzur dəhlizinin bir hissəsi) tikintisi layihəsi üzrə işlər 45 faiz yerinə yetirilib və layihə 2025-ci ildə yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti