...

AŞPA-nın mövcud qərarı qərəzli siyasi maraqların ifadəsidir - Deputat

Siyasət Materials 29 Yanvar 2024 12:47 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib və nümayəndə heyətimizin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklif olunub. Bu isə müstəqil siyasətimizi, Şanlı Qələbəmizi və suverenliyimizin tam bərpa olunmasını həzm edə bilməyən qüvvələr tərəfindən aparılan növbəti qarayaxma kampaniyasıdır.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev deyib.

O qeyd edib ki, dövlətimizə qarşı siyasi təzyiq rolu oynamağa çalışanlar anlamalıdılar ki, bu səylər heç bir nəticə verməyəcək.

"Bu qərəzli təşəbbüsü irəli sürən Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe çıxışında 100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması kimi həqiqəti əks etdirməyən iddialarla çıxış edib.

İnsan hüquqlarının pozulmasından danışan, erməni əsilli sakinlərin Qarabağdan zorakılıqla köçürülməsi kimi əsassız və gülünc iddia ilə çıxış edən AŞPA otuz ildən uzun müddət doğma yurdlarından silah gücünə deportasiya edilmiş həmyerlilərimizin taleyi ilə nə üçün maraqlanmırdı?

Bütün bu ədalətsizliklərə göz yuman AŞPA-nın Azərbaycan tərəfindən heç bir maneə və təzyiq olmadan öz seçimləri ilə Qarabağı tərk edən erməniəsilli sakinlərin hüquqlarının pozulduğu iddiası ilə çıxış etməsi ikiüzlülük, siyasi riyakarlıq, dini və milli ayrı-seçkilikdir.

Əlbəttə, bizə məlumdur ki, bu təşəbbüs alman deputat tərəfindən irəli sürülsə də məsələnin arxasında birbaşa qurum rəhbərləri və Fransa dövləti dayanır. Bu xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar ilə nüfuzdan düşən Fransanın AŞPA vasitəsilə ölkəmizə təzyiq etmək cəhdidir", - deyə deputat əlavə edib.

E. Hacıyev son olaraq vurğulayıb ki, xarici qüvvələrin bu məkrli planları heç bir nəticə verməyəcək. Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür. AŞPA-nın və digər kənar təsir göstərməyə çalışan qüvvələrin cəhdləri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Bir daha dünya ölkələri bizim iradəmizin, qətiyyətimizin və ədalətli mövqeyimizin şahidi oldular.

Qeyd edəki ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti