...

Asiya Parlament Assambleyasının plenar sessiyasında qurumun cari il üçün sədr müavinlərinin seçilməsi məsələsinə baxılır

Siyasət Materials 23 Fevral 2024 14:59 (UTC +04:00)
Asiya Parlament Assambleyasının plenar sessiyasında qurumun cari il üçün sədr müavinlərinin seçilməsi məsələsinə baxılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işini davam etdirir.

Trend xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

Plenar sessiyanın ikinci günündə APA-nın daimi komitələrinin hesabat məruzələri dinləniləcək. Sonra APA-nın 2024-cü il üçün vitse-prezidentləri, İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəni məsələlər, həmçinin Siyasi məsələlər komitələrinin rəhbərləri müəyyən ediləcək.

Qeyd edək ki, Azərbaycanın sədrlik etdiyi Asiya Parlament Assambleyasının sədr müavinləri qismində Bəhreyn, İraq, Qətər, Rusiya Federasiyasının namizədliyi irəli sürülüb.

Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılacaq.

Asiya Parlament Assambleyasının 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti