Bakı. Trend:
Mozambik Respublikasının Prezidenti Filipe Jasinto Nyusi Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
"2024-cü il fevralın 7-də Qarabağ regionu da daxil olmaqla bütün Azərbaycan ərazisində keçirilmiş prezident seçkilərini böyük maraqla izlədik. Mozambik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
Bu qələbəniz öz ölkəsinin iqtisadi, sosial-mədəni sahələrdə inkişafına şahid olan Azərbaycan xalqının iradəsinin, həmçinin onun davamlı rifahla bağlı arzularını həyata keçirmək üçün Sizin bütün keyfiyyətlərə malik olduğunuza inamının ifadəsidir.
Fürsətdən istifadə edərək Mozambik Respublikasının Azərbaycan Respublikası ilə qardaş xalqlarımızın maraqları və rifahı naminə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində qətiyyətli olduğunu bir daha bildirirəm.
Zati-aliləri, Sizə cansağlığı arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm".