...

Azərbaycan ilə Gürcüstan iki etibarlı tərəfdaş kimi fəaliyyət göstərir

Siyasət Materials 21 Mart 2024 15:29 (UTC +04:00)
Azərbaycan ilə Gürcüstan iki etibarlı tərəfdaş kimi fəaliyyət göstərir

Bakı. Trend:

Qonşu ölkələrlə bağlı siyasətində Azərbaycanın daima Gürcüstanla münasibətləri xüsusi əhəmiyyət kəsb etmişdir. Gürcüstan Azərbaycanın qonşu dövləti olmaqla bərabər, strateji tərəfdaşıdır. Azərbaycan öz enerji resurslarını Avropa bazarlarına çatdırılmasında və Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Cənab İlham Əliyevin cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, “Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”. Qeyd etmək lazımdır ki, Azərbaycanın geniş resursları və sərmayə qoymaq üçün maliyyə imkanları var, etibarlı dövlət olaraq Gürcüstanında tranzit imkanlarıda çox genişdir. Azərbaycanın enerji layihələri bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və bunun üçündə Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

Çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir ki, “Təbii ki, biz yeni layihələr üzərində də işləyirik. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır”.

Azərbaycanda zamanın tələblərindən biri hesab edilən yaşıl enerji ilə bağlı yeni layihələr üzərində işlərini davamlı olaraq aparır. Hər kəsə məlumdur ki, yaşıl enerji layihəsi ən aktual məsələlərdən biridir. Bu baxımdan da Gürcüstan və Azərbaycan başqa ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün nümunə olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna çox böyük tələbat var. Azərbaycanın və Gürcüstanın çox böyük bərpaolunan enerji potensialı var və hal-hazırda texniki-iqtisadi əsaslandırma üzərində işlər aparılır. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaq. Azərbaycan və Gürcüstan dövlətləri arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərlərinin həyata keçirilməsi qonşu dövlətlə ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.

Dövlət başçısı cənab İlham Əliyev qonşu dövlətin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirərək qeyd etmişdir ki, “Eyni zamanda, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qonşu Gürcüstan hər zaman öz dəstəyini verərək Azərbaycanın yanında olub. Gürcüstan bütün dövrlərdə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermiş və müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı ölkəmizi dəstəkləmişdir.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti