...

Qərbdəki bəzi güclər Cənubi Qafqazı müharibə zonasına çevirmək istəyir - Deputat

Siyasət Materials 6 Aprel 2024 15:26 (UTC +04:00)
Qərbdəki bəzi güclər Cənubi Qafqazı müharibə zonasına çevirmək istəyir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüflər olsun ki, Qərbdəki bəzi güclər Cənubi Qafqazı müharibə zonasına çevirmək üçün fəaliyyətə keçiblər. Bu qanlı planın icrası üçün isə vasitə kimi Ermənistandan istifadə edilir.

Bunu Trend-ə Milli Məclisin deputatl Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu gün ABŞ və Aİ-nin timsalında Qərbin müharibə komandası Ermənistanın silahlandırılması, ona maliyyə yardımlarının edilməsi üçün hərəkətə keçiblər.

"Bu plana hansısa "missiya" adı altında ABŞ əsgərlərinin Ermənistanda yerləşdirilməsi də daxildir. Elə aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşü də bu məqsədə xidmət edir".

Deputat bildirib ki, Azərbaycan bu addımların regiona təhlükə törətdiyini bəyan edib və öz qətiyyətli mövqeyini ortaya qoyub.

"Məhz bunun nəticəsidir ki, ABŞ və Aİ rəsmiləri görüşdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək izah verdilər. Bununla belə Azərbaycan o mövqeyində qaldı ki, bu görüş Cənubi Qafqazda yenidən gərginlik yaratmağa xidmət edir.

Düzdür, ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. Xüsusilə də görüşdən sonra Ermənistan tərəfinin cəbhədə hərbi təxribatlar törətməsi Azərbaycanın narahatlığının əsassız olmadığını sübut edir", - deyə V.İskəndərov bildirib.

Deputat əlavə edib ki, Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır.

"Azərbaycanın gücü, hərbi qüdrəti bəllidir. Digər tərəfdən, Ermənistan unutmasın ki, Qərbə yalnız vasitə kimi lazımdır", - millət vəkili yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti