...

Fransa çalışır ki, kanak xalqının mədəniyyətini silsin - Senat Katibliyinin əməkdaşı

Siyasət Materials 18 Aprel 2024 16:04 (UTC +04:00)
Fransa çalışır ki, kanak xalqının mədəniyyətini silsin - Senat Katibliyinin əməkdaşı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa kanak xalqının həyatına müdaxilə etməməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə keçirilən "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş elmi konfransda Senat Katibliyinin əməkdaşı, Yeni Kaledoniya üzrə ekspert, tarixçi Jan İv Poedi deyib.

O deyib ki, bu xalqın 3 min illik mədəniyyəti var.

“Fransa çalışır ki, bu xalqın mədəniyyətini silsin, özündən asılı vəziyyətə salsın. Ancaq bu baş tutmayacaq. Onlar çalışırlar ki, orada qərb mədəniyyətini formalaşdırsınlar, amma bu baş tutmayacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti