...

Gürcüstan XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına REAKSİYA

Siyasət Materials 22 Aprel 2024 19:52 (UTC +04:00)
Gürcüstan XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına REAKSİYA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Gürcüstan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır. Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək üçün güclü öhdəliyini bir daha təsdiq edir", - paylaşımda deyilir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Xəbər lenti

Xəbər lenti