...

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Siyasət Materials 23 Aprel 2024 00:32 (UTC +04:00)
Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Bakı. Trend:

Qambiya Respublikasında səfərdə olan ölkəmizin Mərakeş Krallığındakı, eyni zamanda, Qambiyadakı səfiri Nazim Səmədov etimadnamələrinin surətini bu ölkənin xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqaraya təqdim edib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən Trend-ə bildirilib ki, iki ölkə arasında dost münasibətlərinin mövcud olduğunu söyləyən səfir cari il ölkələr arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edildiyini xüsusi vurğulayıb. Həmçinin yüksək səviyyəli nümayəndələrinin səfərlərinin əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyi vurğulanıb, eləcə də müqavilə bazasının genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Nazir M.Tanqara Qambiya ilə Azərbaycan arasında çoxlu ortaq cəhətlərin olduğunu bildirərək Azərbaycana səfərlərini məmnuniyyətlə xatırladıb. O, xüsusilə ölkəmizin ərazi bütövlüyünə dəstək məsələsində Qambiyanın birmənalı mövqeyinə istinad edib. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı olaraq mövqelərini dəstəklədiklərini vurğulayıb və Azərbaycanın Qambiyanın hər zaman dəstəyinə arxalana biləcəyini əmin edib. Qambiya xarici işlər naziri, eyni zamanda, ölkəsinin gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlı olduqlarını da əlavə edib.

Xəbər lenti

Xəbər lenti