...

Azərbaycanla Ermənistan arasında sülhü mümkün qədər tez görmək istəyirik - Ərdoğan

Siyasət Materials 12 İyul 2024 10:05 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülhü mümkün qədər tez görmək istəyirik - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və barış hökm sürsün.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?" sualına cavabında bildirib.

"Biz bu sülhü mümkün qədər tez görmək istəyirik", - Türkiyə lideri söyləyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımların atılmasının tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti