...

Dezinformasiya həm milli, həm də qlobal təhlükəsizliyə təhdiddir - Hikmət Hacıyev

Siyasət Materials 21 İyul 2024 10:37 (UTC +04:00)
Dezinformasiya həm milli, həm də qlobal təhlükəsizliyə təhdiddir - Hikmət Hacıyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Şuşa. Trend:

Dezinformasiya bu gün təhlükəli bir həddə çatıb. Dezinformasiya həm milli, həm də qlobal təhlükəsizliyə təhdiddir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumununda çıxışı zaman deyib.

O qeyd edib ki, dezinformasiya bəşəriyyət tarixində kifayət ədər geniş yayılmış bir fenomendir. “İnformasiya güclü vasitəsidir, lakin əsas məsələ bu informasiyanı necə istifadə etməkdir. Texnoloji inkişaf, rəqəmsallaşma dorğru informasiya əldə etməyi çətinləşdirir.

"Dezinformasiya bu gün təhlükəli bir həddə çatıb. Dezinformasiya həm milli, həm də qlobal təhlükəsizliyə təhdiddir. Dezinformasiya mətbuat azadlığını və mətbuatın əsas prinsiplərini sarsıdır. Dezinformasiya müəyyən məqsədlərə çatmağında müəyyən qrupların marağında ola bilər və mətbuatın baza prinsiplərini pozur. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Ermənistanın Azərbaycana qarşı dezinormasiyası ilə üz-üzə qaldı. Azərbaycan işğala məruz qalmışdı, lakin faktlar elə təqdim olunurdu ki, guya Azərbaycan kiməsə qarşı etnik təmizləmə həyata keçirib. Azərbaycana qarşı geniş dezinformasiya dalğası var idi. Bütün mətbuatn başlıqlarında belə təqdim olunurdu ki, guya biz Ermənistana təcavüz etmişik. Azərbaycanın deznformsaiyaya qarşı ciddi mübarizəsi var. 44 günlük vətən müharibəsində biz dezinformasiyaya qarşı ciddi mübarizə apardıq. Rəsmi bəyanatlar, mətbuat konfransları vasitəsilə Azərbaycan dəqiq infirmasiyaları beynəlxalq ictimaiyyətə çatdırdı. Bizim media resurslar usanmadan həqiqətin dünyaya çatdırılmasında əlindən gələni etmişdik.

COP 29-la bağlı massiv dezinformasiya ilə üzləşmişik. Lakin biz buna qarşı mübarizə aparırıq, biz həqiqətə inanırıq, öz işimizi davam etdiririk. Biz qlobal gündəliyə uyğun olaraq qlobal ekoloji təhlükəsizliyə öz töhfəmizi veririk”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti