Bakı. Trend:
Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
Cənubi Qafqazın mühüm yol ayrıcında yerləşdiyini deyən Mirzoyanın sözlərinə görə, burada iqtisadi inkişaf və rifah üçün mühüm perspektivlər var və bunlardan istifadə etmək lazımdır.
Xatırladaq ki, iyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.