...

Dairə seçki komissiyalarının qərarlarına dair müraciətlərə baxılması müddətinin bitmə vaxtı açıqlandı

Siyasət Materials 10 Sentyabr 2024 16:25 (UTC +04:00)
Dairə seçki komissiyalarının qərarlarına dair müraciətlərə baxılması müddətinin bitmə vaxtı açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dairə seçki komissiyalarının qərarlarından narazılıq ifadə edən müraciətlərə baxılması müddəti sentyabrın 11-i saat 6:00-da bitəcək.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ATƏT-in müşahidə missiyasınin Azərbaycanda fəaliyyəti başa çatıb:

"Onlarla görüş keçirildi və diqqətə çatdırıldı ki, MSK seçkilərin keçirilməsinə məsul qurumdur".

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti

Xəbər lenti