...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib (ƏLAVƏ EDİLİB)

Siyasət Materials 14 Sentyabr 2024 16:10 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib (ƏLAVƏ EDİLİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının sentyabrın 12-də keçirilən iclasının protokolu təsdiq edilib və MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti

Xəbər lenti