Bakı. Trend:
Gürcüstan və Azərbaycan arasında müzakirə edilən əsas mövzulardan biri fiber-optik xətlərin formalaşmasıdır və bu istiqamətdə də iki ölkə şirkətləri arasında müxtəlif layihələr hazırlanır.
Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, nəqliyyat sahəsində yol xəritələrinin tədqim edilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxstan dördtərəfli formatın mövcudluğu önəmlidir.
“Bakı-Tblisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizini xüsusi olaraq qeyd etməliyik.
Sabah yeni təşəbbüslər barədə də ətraflı fikir mübadiləsi aparılacaq. Azərbaycan və Gürcüstan arasında humanitar sahədə əməkdaşlığa xüsusi diqqət yetirilir”,- deyə C.Bayramov əlavə edib.