Bakı. Trend:
Doğma yurdum Cəbrayıla qayıtdığım üçün sevincimizin həddi-hüdudu yoxdur.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Vəliyev Yaqub deyib.
Onun sözlərinə görə, Uzun illər doğma torpaqların həsrəti ilə yaşayıb.
"Şükürlər olsun ki, öz yurdumuzda yaşamaq bizə qismət olur.
Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", -deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.