...

Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir - Ceyhun Bayramov

Siyasət Materials 18 Yanvar 2025 13:43 (UTC +04:00)
Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Çox böyük ümidlə Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyirik.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

“Ümid edirik ki, tərəflər bu razılaşmaya əməl edəcək. Azərbaycan dövləti bu münaqişənin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır.

Regional təhlükəsizlik mövzuları müzakirə edildi. Güman edirik ki, Qəzzada atəşkəs və girovlara dair razılaşma münaqişənin daha da genişlənməsinin qarşısını alacaq. Azərbaycanın bundan sonra da diplomatik səyləri iki dövlət prinsipi istiqamətində davam edəcək”, - o qeyd edib.

Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs və girovların azad edilməsi razılaşmasını alqışlayıb.

Bildirilib ki, Azərbaycan ümid edir ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətlərə son qoyulacaq.

"Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - deyə əlavə edilib.

Xəbər lenti

Xəbər lenti