Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbaycanda baş tutacaq.
Trend xəbər verir ki, bu barədə Türkiyə xariic işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.
H.Fidan bildirib ki, enerji böhranı, nizamsız miqrasiya kimi çağırışlarla qarşı-qarşıyayıq.
"Belə bir geosiyasi mühitdə Türk dünyası daxilində həmrəylik
ehtiyacı getdikcə artır. Türk Dövlətləri Təşkilatı bu istiqamətdə
mühüm rol oynayır. Keçən il ilk olaraq Şuşada, daha sonra Bişkekdə
baş tutan Zirvə Görüşlərində mühüm qərarlar alındı. Bu ildə iki
mühüm Zirvə görüşü keçiriləcək. Bunlardan biri Macarıstanda baş
tutacaq qeyri-rəsmi Zirvə Görüşü, digəri isə Azərbaycanda
keçiriləcək 12-ci rəsmi Zirvə Görüşüdür" - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankara şəhərində
Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat
nazirlərinin üçtərəfli görüşü keçirilib.