Bakı. Trend:
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı diplomatik fəaliyyətinin başa çatması ilə bağlı vida paylaşım edib.
Trend xəbər verir ki, bu barədə diplomat "X" sosial media hesabında qeyd edib.
Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.
Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb.