...

Azərbaycan USAID-in ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-yə bildiriş göndərib - RƏSMİ

Siyasət Materials 6 Fevral 2025 11:31 (UTC +04:00)
Azərbaycan USAID-in ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-yə bildiriş göndərib - RƏSMİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

"USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib", - deyə A.Hacızadə bildirib.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hal-hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addım gerçəkləşsə beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyətini azaltmış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti