...

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu fəaliyyətini öz binasında bir neçə həftə öncə bərpa edib - XİN

Siyasət Materials 10 Fevral 2025 10:35 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu fəaliyyətini öz binasında bir neçə həftə öncə bərpa edib - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu fəaliyyətini öz binasında bir neçə həftə öncə bərpa edib.

Bunu Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

"Azərbaycan Los-Ancelesdəki Baş Konsulluğu fəaliyyətini öz binasında 2-3 həftə əvvəl bərpa edib", - müvafiq suala cavabında A.Hacızadə bildirib.

Xatırladaq ki, yanvarın 7-də XİN-dən bildirilmişdi ki, 7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar Baş Konsulluğun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Buna baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti