...

Avstriya Respublikasının Zaltsburq şəhərində xatirə guşəsi yaradılıb (FOTO)

Siyasət Materials 26 Fevral 2025 03:46 (UTC +04:00)
Avstriya Respublikasının Zaltsburq şəhərində xatirə guşəsi yaradılıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstriya Respublikasının mədəniyyət paytaxtı olan Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evindədə Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə xatirə guşəsi yaradılıb.

Trend xəbər verir ki, Xocalı soyqırımının baş verdiyi həmin dəhşətli gecədən 33 il ötür.

Xocalı həm genosidə məruz qalmış, tarix boyu Xocalıda məskunlaşmış insanlardan təmizlənmiş, həm də bütün maddi mədəniyyət abidələri məhv edilmiş, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı texnika vasitəsilə darmadağın edilmişdir.

Xocalıya ədalət kampaniyası çərçivəsində Zaltsburq Azərbaycan Evində Azərbaycan xalqı başına gətirilən, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı unuda bilməz bu məqsədlədə hər il olduğu kimi Azərbaycan Evində xatirə guşəsi yaradılıb.Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zaltsburq Azərbaycan Evi olaraq xalqımız bu günahsız qurbanların unudulmaması, haqq-ədalətin bərpa olunması yolunda durmadan fəaliyyət göstərir, səsimizi bütün dünyaya çatdırmaq, belə faciələrin təkrar olunmasına yol verməmək uğrunda mübarizə aparırıq.

Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Ancaq bu, bir millətin, bir xalqın faciəsi deyil. Aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olan Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmişdir. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zaltsburq Azərbaycan Evi olaraq Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə hər il xatirə guşəsi yaradılacaq deyə Cəmiyyət sədri Fərid Əzizov bildirib.

Xəbər lenti

Xəbər lenti