...

Azərbaycan Fransa müstəmləkəçiliyindəki ərazilərin haqq səsinin dünyaya çatdırılmasında əlindən gələni edir - Deputat

Siyasət Materials 26 Fevral 2025 11:58 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırkı dövrdə ölkələrin gücü onların ərazisinin böyüklüyü və əhalisinin sayı ilə müəyyənləşmir. Dünyada ərazisinə və əhalisinə görə çox da böyük olmayan Azərbaycan Fransa müstəmləkəçiliyindəki ərazilərin haqq səsinin dünyaya çatdırılmasında əlindən gələni edir.

Trend xəbər verir ki, bunu Milli Məclisdə yaradılan Korsika işçi qrupunun üzvü deputat Şahin İsmayılov parlamentdə Fransanın müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, Bakı Təşəbbəs Qrupu Fransa müstəmləkələrinin hüquqlarınızın bərpası istiqamətində xeyli işlər görür.

“Fransa saxta xəbərlərlə mətbuatın imkanlarından sitifadə edərək Azərbaycana qarşı kifayət qədər qarayaxma kampaniyası həyata keçirir. Azərbaycanda keçirilən böyük tədbirlər zamanı, öz hökumətlərinin daxili iclaslarında öz uğursuzluqlarını ört-basdır etmək üçün Azərbaycan mövzusunu gündəmə gətirirlər. Dəyişməyən gerçək budur ki, haqlısansa, hər zaman qalib gəlirsən. Siz də öz haqq işinizdə mütləq ki, uğurlu nəticə əldə edəcəksiniz”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti