...

Bolqarıstan XİN rəhbəri Qlobal Bakı Forumunda iştirak edəcək

Siyasət Materials 3 Mart 2025 19:52 (UTC +04:00)
Bolqarıstan XİN rəhbəri Qlobal Bakı Forumunda iştirak edəcək
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend.

Bolqarıstanın xarici işlər naziri Georq Georqiyev Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələcək.

Trend xəbər verir ki, bunu Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov bu gün Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.

Stoyanov qeyd edib ki, bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirləri arasında danışıqlar aparılıb.

"Görüş zamanı Ceyhun Bayramov və Georqiyev iqtisadiyyat, ticarət və enerji sahələrini əhatə edən strateji tərəfdaşlıq məsələlərini diqqət mərkəzində saxlayıb, regional və qlobal təhlükəsizliyə qarşı mövcud çağırışları müzakirə ediblər", - diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti