...

MDB PA-nın iclasında süni intellektlə bağlı qanun layihəsi müzakirə edilib

Siyasət Materials 6 Mart 2025 15:22 (UTC +04:00)
MDB PA-nın iclasında süni intellektlə bağlı qanun layihəsi müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Martın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.Tədbirdə MDB PA–da Milli Məclisin nümayəndə heyətinin üzvləri- MDB PA-nın elm və təhsil üzrə daimi komissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanın üzvü Fariz İsmayılzadə iştirak ediblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda “Süni intellekt texnologiyaları haqqında”, “MDB-yə üzv dövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsi sisteminin normativ-hüquqi tənzimlənməsi” və digər qanun layihələri ətrafında müzakirələr aparılıb.

Onlayın iclasın sonunda komissiyanın növbəti iclasının tarixi və gündəliyi müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti