...

Ermənistan-Azərbaycan sülh danışıqları Cənubi Qafqazda sabitlik yolunda mühüm addımdır - Xorvatiya XİN

Siyasət Materials 15 Mart 2025 02:28 (UTC +04:00)
Ermənistan-Azərbaycan sülh danışıqları Cənubi Qafqazda sabitlik yolunda mühüm addımdır - Xorvatiya XİN

Bakı. Trend:

Xorvatiya Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını Cənubi Qafqazda sabitlik və barışıq yolunda mühüm addım kimi alqışlayır.

Trend-in məlumatına görə, bu barədə Xorvatiya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Biz hər iki tərəfi əməkdaşlığın möhkəmləndirilməsinə, regional təhlükəsizliyə və uzunmüddətli firavanlığa yol açan dialoqa və sülh həllinə sadiq olduqlarına görə alqışlayırıq.

Beynəlxalq hüququn və münaqişənin diplomatiya yolu ilə həllinin güclü tərəfdarı kimi Xorvatiya ədalətli və davamlı sülhə töhfə verən bütün səyləri dəstəkləməyə sadiqdir", - deyə nazirlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti