...

Azərbaycanın deputatları Nevski beynəlxalq ekoloji konqresinə dəvət olunublar

Siyasət Materials 17 Mart 2025 15:34 (UTC +04:00)
Azərbaycanın deputatları Nevski beynəlxalq ekoloji konqresinə dəvət olunublar
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan parlamentinin deputatları Nevski beynəlxalq ekoloji konqresinə dəvət olunublar.

Trend xəbər verir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya və Azərbaycan arasında parlamentlərarası komissiyanın 22-ci iclasının açılış mərasimində deyib.

“Azərbaycan tərəfini 22-23 may 2025-ci il tarixində keçiriləcək Nevski beynəlxalq ekoloji konqresində iştirak etməyə dəvət edirəm”, -deyə V. Matvienko bildirib.

O qeyd edib ki, insanların həyatının inkişafı və keyfiyyəti iqlim və ətraf-mühitdə baş verən dəyişikliklərlə bağlı qərarlardan asılıdır.

“Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biridir. Rusiya Azərbaycanın ticarət dövriyyəsi üzrə aparıcı tərəfdaşları arasında üçüncü yerdə gəlir”,- deyə Matviyenko bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan ticarət dövriyyəsini 8 və ya 10 milyard dollara qədər yüksəltmək üçün nəhəng potensiala malikdir.

Matviyenko onu da qeyd edib ki, mehriban qonşuluq münasibətləri qurmuş ölkələrin imkanlarından maksimum istifadə etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti