Bakı. Trend:
Müasir dünyada baş verən bütün mürəkkəb proseslərə baxmayaraq, xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır.
Trend xəbər verir ki, bunu martın 17-də Bakıda keçirilən Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
Valentina Matviyenko qeyd edib ki, Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası Komissiyası parlamentarilər arasında müntəzəm, birbaşa dialoqun qurulmasında, gələcək fəaliyyət planlarının əlaqələndirilməsində, birgə işin yol xəritəsinin tərtib olunmasında mühüm rol oynayırlar”.