...

Türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb - Aygün Əliyeva

Siyasət Materials 18 Mart 2025 10:36 (UTC +04:00)
Türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb - Aygün Əliyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Mübaliğəsiz deməliyik ki, tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O qeyd edib ki, xüsusilə ortaq dəyərlərimiz, güclü milli ruhumuz və faəl vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələri müasir dövrümüzə qədər gətirib çıxarıb.

"Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır. Çünki bizə məxsus olan ortaq dəyərlər-əsrlər boyu formalaşan ədəbiyyatımız, dastanlarımız və şifahi xalq yaradıcılığımız bizim böyük sərvətimizdir.

Oğuz Kağan, Dədə Qorqud dastanları, Füzuli poeziyası Türkmanların mənəvi dünyasını əks etdirir, bugünkü birliyimizin təməlini qoyur. Bu ədəbiyyat təkcə ortaq keçmişimizin göstəricisi deyil, həm də ortaq gələcəyimizi işıqlandıran mayakdır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti