Bakı. Trend:
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın hədəf göstəriciləri açıqlanıb.
Trend xəbər verir ki, sənədə əsasən, Strategiyanın icrası nəticəsində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur:
- ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;
- süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması;
- süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması;
- cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi.