...

Məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi baza yaradılacaq

Siyasət Materials 19 Mart 2025 13:23 (UTC +04:00)
Məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi baza yaradılacaq
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi baza yaradılacaq.

Trend xəbər verir ki, bu, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyasında öz əksini tapıb.

Strategiyaya əsasən, bazanın yaradılması 2025-2027-ci illər ərzində reallaşdırılacaq. Əsas icraçı qurum olaraq Nazirlər Kabineti çıxış edir, digər icraçı qurumlar isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

İlkin olaraq normativ hüquqi baza yaradılması məqsədilə təhlillər aparılacaq, daha sonra məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi aktların layihələri hazırlanacaq və təqdim ediləcək, sonda isə məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi aktlar qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti