...

Netanyahu aprelin 7-də Vaşinqtonda Trampla görüşməyi planlaşdırır

Siyasət Materials 5 Aprel 2025 05:34 (UTC +04:00)
Netanyahu aprelin 7-də Vaşinqtonda Trampla görüşməyi planlaşdırır

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi Vaşinqtona səfər edərək ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, tərəflər ABŞ-ın tətbiq etdiyi idxal rüsumlarını, İranın nüvə proqramı və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəklər. Qeyd edilib ki, əvvəldən səfər aprelin ortalarına planlaşdırılıb. Bildirilib ki, İsrail baş nazirinin iştirakı gözlənilən korrupsiya ittihamları ilə bağlı İsraildə keçiriləcək məhkəmə dinləmələri səbəbindən səfərin vaxtı hələ də dəyişə bilər.

Məlumatda deyilir ki, B.Netanyahu hesab edir ki, ABŞ və İran arasında nüvə sazişi əldə etmək şansları çox azdır və diplomatiya uğursuz olarsa, Trampla İranın nüvə obyektlərinə zərbə endirmək barədə razılığa gəlmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti