...

Rusiyasız dünya qurmaq mümkün deyil - Slovakiyanın baş naziri

Siyasət Materials 10 Aprel 2025 04:53 (UTC +04:00)
Rusiyasız dünya qurmaq mümkün deyil - Slovakiyanın baş naziri

Bakı. Trend:

Rusiya ilə dostluq münasibətləri olmadan dinc müasir dünya qurmaq mümkün deyil.

Trend-in məlumatına görə, bu barədə Slovakiyanın baş naziri Robert Fitso deyib.

"Rusiya Federasiyası ilə dostluq münasibətləri olmadan normal, müasir və dinc dünya qurmaq mümkün deyil. Və buna nail olmaq üçün əlimdən gələni edirəm. Mən həmişə ətrafımda hiss etdiyim kimi nifrətə deyil, faktlara əsaslanan baxış bucağını tapmağa çalışıram", - deyə o bildirib.

R.Fitso qeyd edib ki, “Rusiya və Slovakiya arasında qarşılıqlı münasibətlərin inkişafı üçün imkanlar çox böyükdür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti