Bakı. Trend:
Bakıda Türkiyə və İsrail nümayəndələri arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri ölkənin Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, görüş ötən gün baş tutub.
Görüşdə Türkiyə və İsrail nümayəndə heyətləri Suriyada münaqişəsizlik mexanizminin yaradılmasını müzakirə ediblər.