Antalya. Trend:
Antalya Diplomatik Forumunda çox təlatümlü dönəmdə çox ciddi məsələlər müzakirə olunur.
Trend xəbər verir ki, bunu bu gün 4-cü Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) sədri, səfir Alev Kılıç deyib.
"Azərbaycan nümayəndə heyəti də böyük heyətlə buradadır. Biz çox məmnunuq. Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Respublikasının yanında olması ilə bağlı verdiyi bəyanat bizi xüsusilə sevindirdi. Bir müddət əvvəl burada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı da dinlədik. O, bununla bağlı öz minnətdarlığını da bildirdi. Azərbaycanı tam heyətlə yenidən bizimlə görməkdən çox məmnunuq", - o bildirib.