...

Prezident İlham Əliyev: Cənubi Qafqaz bölgəsində regional məsələlər məhz region ölkələri tərəfindən həll olunmalıdır

Siyasət Materials 11 Aprel 2025 20:52 (UTC +04:00)
Prezident İlham Əliyev: Cənubi Qafqaz bölgəsində regional məsələlər məhz region ölkələri tərəfindən həll olunmalıdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Cənubi Qafqaz bölgəsində regional məsələlər məhz region ölkələri tərəfindən həll olunmalıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd etdi.

Xəbər lenti

Xəbər lenti