...

Sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var - Ceyhun Bayramov

Siyasət Materials 12 Aprel 2025 13:30 (UTC +04:00)
Sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var - Ceyhun Bayramov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi zamanı deyib.

"Keçən ay tərəflər demək olar ki, iki il yarımdan sonra son dərəcə vacib irəliləyiş əldə etdi və ciddi mərhələ hesab etdiyimiz sülh sazişinin mətnini razılaşdırdı. Bu prosesin tam yekunlaşdırılması, sülh sazişinin imzalanması üçün həyata keçirilməsi üçün zəruri olan növbəti addımlar var. Bu, Azərbaycan Respublikasının yenə də çoxdankı və ardıcıl mövqeyidir, Ermənistandakı tərəfdaşlarımız bunu yaxşı bilirlər. Bu, ilk növbədə köhnəlmiş və işlək olmayan Minsk Qrupunun ləğv edilməsidir. İkincisi isə Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan aradan qaldırmaqdır. Ona görə də inanırıq ki, bu zəruri addımlar atıldıqdan sonra iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişin yekunlaşdırılması və imzalanması yolunda əlavə maneələr olmayacaq", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti