Bakı. Trend:
Gürcüstanın regionda sülh və sabitliyin təşviq edilməsində səmimi marağı var.
Trend xəbər verir ki, bunu Gürcüstan Respublikasının xarici işlər naziri Maka Botçorişvili Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi zamanı deyib.
"Bizim Azərbaycan ilə dostluğa və çox yaxşı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığımız var və bu, bizim regionda çox güclü sərvətimizdir. Ermənistanla da ənənəvi olaraq çox yaxşı münasibətlərimiz var, bu yaxınlarda strateji tərəfdaşlığa yüksəldilib. Bizim regionumuzda sülh və sabitliyin təşviq edilməsində səmimi marağımız var. Və buna görə də biz həmişə deyirik və mən burada təkrar edirəm ki, Gürcüstan həm Ermənistanın, həm də Azərbaycanın arxalana biləcəyi yerdir. Biz regionumuzda dialoqu, əməkdaşlığı asanlaşdırmaq üçün bütün mümkün vasitələrlə tərəfləri təmin edə bilərik", - o bildirib.