...

Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 14 Aprel 2025 08:54 (UTC +04:00)
Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər həyata keçirilib.

Trend-in bölgə müxbiri xəbər verir ki, bu çərçivədə, aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

Konfransda Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri və media nümayəndələri, eləcə də, gənc tədqiqatçılar iştirak edib.

Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakultəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda tədris olunacaq.

E. Əmrullayev universitetin tələbələrinə xüsusi təşəkkür edib:

“Qarabağ Universitetinin mahiyyəti tələbələrdir. Onların universitetin inkişafında rolu böyükdür. Buna görə onlara təşəkkür düşür. Onların əzmi və uğurlu nəticələri sayəsində universitet daha da inkişaf edir və edəcək”.

Baş prokuror Kamran Əliyev isə öz növbəsində bildirib ki, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılıb.

O bildirib ki, Ermənistan və onun silahlı qüvvələri, o cümlədən, Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılıb:

"Həmin cinayətlər aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir".

Xəbər lenti

Xəbər lenti