Bakı. Trend:
Dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.