...

Gürcüstan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 16 Aprel 2025 10:27 (UTC +04:00)
Gürcüstan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Xəbər lenti

Xəbər lenti