Bakı. Trend:
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, aprelin 18-i saat 22:35 radələrində Ermənistan
silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış
məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun
mövqelərini atıcı silahlardan atəşə tutub.
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab
tədbirləri görülüb”, - qurumdan vurğulanıb.