...

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin işçilərinin sayı artırılıb - FƏRMAN

Siyasət Materials 19 Aprel 2025 11:34 (UTC +04:00)
ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin işçilərinin sayı artırılıb - FƏRMAN
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi artırılıb.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi

146 ştat vahidindən 164-ə, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidindən 57-ə və regional bölmələri üzrə 95 ştat vahidindən 107-ə qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti