...

Cənubi Qafqazda bölgədən kənar qüvvələrin iştirakı təhülkəsizliyə kömək etməyəcək – İran xarici işlər naziri

Siyasət Materials 21 Aprel 2025 10:29 (UTC +04:00)
Cənubi Qafqazda bölgədən kənar qüvvələrin iştirakı təhülkəsizliyə kömək etməyəcək – İran xarici işlər naziri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz regionunda əcnəbi qüvvələrin iştirakı regionun təhlükəsizliyinə heç kömək etməyəcək, əksinə zərərli olacaq.

Trend-in məlumatına görə, bunu Rusiyaya səfəri çərçivəsində İran xarici işlər naziri Abbas Araqçı yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran region məsələlərinin sadəcə region ölkələrinin iştirakı ilə həll edilə biləcəyini düşünür. Bu əsasda 3+3 çərçivəsi və ikitərəfli məsləhətləşmələrlə Cənubi Qafqazdakı məsələlər həll edilə bilər.

Araqçı bildirib ki, İran Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəkləyir. Bu sazişin imzalanması ilə bölgə daha yeni mərhələyə daxil olacaq və iqtisadi, siyasi və sairə əməkdaşlıq daha da yaxşılaşacaq.

İranlı nazir qeyd edib ki, 3+3 formatında iclaslarda Gürcüstanın hələ də şübhələri var. Bu şübhələrin gələcək iclaslarda aradan qalxacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti