...

İran Azərbaycanla münasibətləri və əməkdaşlığı sürətlə inkişaf etdirmək istəyir – Pezeşkian

Siyasət Materials 23 Aprel 2025 12:14 (UTC +04:00)
İran Azərbaycanla münasibətləri və əməkdaşlığı sürətlə inkişaf etdirmək istəyir – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycanla əməkdaşlığı və əlaqələri ciddi və sürətli şəkildə yüksəltməklə iki ölkə arasında potensialların daha da çiçəklənməsini istəyir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (23 aprel) Tehranda İran prezidentinin Azərbaycana səfəri ilə əlaqədar koordinasiya iclasında deyib.

Onun sözlərinə görə, iki ölkə və xalqlar arasında qarşılıqlı əlaqələr və bağlar mövcuddur.

"Həyata keçirilən məsləhətləşmələr, görülən hazırlıqları nəzərə alaraq bu səfərlə əlaqələrin möhkəmlənməsi, dövlət, özəl, ictimai sektorlar arasında iqtisadi, ticarət, mədəniyyət, turizm və siyasət sahələrində əməkdaşlığın diqqəti cəlb edəcək dərəcədə sadələşməsi və sürətlənməsinə ümid edilir", - deyə o qeyd edib.

Qeyd edək ki, İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen İran prezidentinin səfərinin aprelin 27-dən baş tutacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti